Hərtərəfli qoruma

ESET aşağıdakı xüsusiyyətlərə hesabına həssas datalarınızı, onlayn ödənişlərinizi, şifrələrinizi, smart evinizi, veb kameranızı və övladlarınızı qoruyur:

Fişinq Qoruması
İstifadəçi adı, şifrə və bankçılıq məlumatları kimi həssas datalarınızın və gizliliyinizin orijinallarını təqlid edən saxta veb saytlar tərəfindən oğurlanmasının qarşısını alır. Sizi homoqlif hücumlardan müdafiə edir (Keçidlərdəki simvolları bənzər görünən, ancaq əslində fərqli olanlarla dəyişdirir).

Bankçılıq və Ödəniş Sistemləri Müdafiəsi (İnkişaf Etdirilmiş) GELİŞTİRİLMİŞ
Təhlükəsiz bir formada onlayn ödəniş edə biləcəyiniz və dəstəklənən istənilən brauzeri defolt olaraq təhlükəsiz rejimdə istifadə edə biləcəyiniz (quraşdırmadan sonra) xüsusi bir təhlükəsiz brauzerə sahibdir. İnternet bankçılığı əməliyyatlarında və veb əsaslı kripto-pulqabılara giriş edərkən sizi avtomatik olaraq müdafiə edir. Daha etibarlı əməliyyatlar üçün klaviatura və brauzer arasındakı kommunikasiyanı şifrələyir və bu xüsusiyyəti ictimai Wi-Fi şəbəkələrində istifadə edərkən sizə xəbərdar edir. Sizi klaviş qeyd edənlərdən müdafiə edir. Uyğun bütün brauzerlər üçün “SecureAllBrowsers” rejimi avtomarik olaraq aktivləşdirilir.

Şəbəkə İnspektoru İNKİŞAF ETDİRİLMİŞ
Ev ruterinizi zəif şifrələr və aktual olmayan məhsul təminatı kimi təhlükəsizlik boşluqlarına qarşı test etməyinizi təmin edir. İnkişaf etdirilmiş cihaz qavrama xüsusiyyəti ilə ruterə bağlı cihazların (smart telefonlar, smart cihazlar) girişi asan siyahısını təmin edərək sizə kimin qoşulduğunu (cihaz adı, IP adresi, MAC adresi və s) göstərir. Smart cihazlarınızı təhlükəsizlik boşluqlarına qarşı skan edir və potensial təhlükələri necə həll edə biləcəyinizə aid təkliflər təqdim edir. Bir şəbəkəni ŞƏBƏKƏM (təkcə etibarlı şəbəkələr üçündür) olaraq qeyd etmək imkanı yaradır.

Botnet Müdafiəsi
Botnet zərərlərinə qarşı əlavə təhlükəsizlik tədbirləri ilə kompüterinizin arzuolunmaz e-mail, şəbəkə hücumu kimi fəaliyyətlərdə istifadə edilməsini bloklayır. Şəbəkə imzaları yoluxucu trafikin daha sürətli aşkarlanması üçün istifadə edilən yeni metoddur.

Secure Data (Şifrələmə) PREMIUM
Datalarınızın yüksək təhlükəsizlikdə qorunması üçün fayllarınızı və çıxarıla bilən cihazlarınızı (USB yaddaşlar kimi) şifrələyir. Sonrasında hər hansı bir Windows cihazda şifrələrini silib istifadə edə bilərsiniz. USB cihaz və noutbuk itirilməsi halında data oğurlanmasına qarşı müdafiə təqdim edərək təhlükəsiz əməkdaşlıq və data paylaşılmasını təmin edir.

Cihaz İnspektoru
Şəxsi məlumatlarınızın icazəsiz şəxslər tərəfindən xarici cihazlara kopyalanmasını bloklamağınıza imkan yaradır. CD, DVD, USB yaddaş və xarici disk kimi yaddaş cihazlarını bloklamağınıza şərait yaradır. Bluetooth, FireWire və ardıcıl/paralel qoşulma nöqtələri vasitəsilə qoşulan cihazları bloklamağınıza kömək edir.

Anti-Theft
Cihaz itәrsә vә ya oğurlanarsa, istifadәçi müstәsivindә tәhlükәsizliyi artırır. Coğrafi IP adres axtarışı, veb kamerası görüntüsünün alınması, istifadәçi hesabının müdafiәsi vә cihaz izlәmә kimi müasir texnologiyalar istifadә edәn Anti-Theft şәxsi datalarınıza girişi bloklamağınıza, itdiyi vә ya oğurlandığı halda kompüterinizin vә ya cihazınızın yerini müәyyәnlәşdirmәyinizә kömәk edir. Anti-Theft kompüterinizdә vә ya cihazınızda hansı fәaliyyәtlәrin gerçәklәşdiyini görmәyi tәmin edәrәk onları izlәmәyinizi asanlaşdırır.

Valideyn Nəzarəti
Övladınızın yaşına uyğun, əvvəlcədən müəyyən edilmiş kateqoriyalardan birini seçməyinizə imkan yaradır. Tənzimləmələrin dəyişdirilməsinə və proqramın icazəsiz silinməsinə qarşı şifrə müəyyən edə bilirsiniz.

Veb Kamera Müdafiəsi
Kompüterinizdə işləyən bütün servis və proqramların kameraya giriş istəklərini davamlı olaraq nəzarətdə saxlayır. Kameraya gözlənilməz girişlərdə təhlükəsizlik bildirişi göndərir və bloklamağınıza imkan yaradır.

Təhlükəsizlik Divarı
Kompüterinizə icazəsiz girişi və şəxsi datalarınızın səhv istifadəsinin qarşısını alır.

Şəbəkə Hücumu Müdafiəsi
Təhlükəsizlik divarından əlavə, kompüterinizi zərərli şəbəkə trafikindən avtomatik olaraq müdafiə edir və təhlükəli trafik şablonlarının ortaya çıxartdığı təhdidləri bloklayır.

Antispam
Arzuolunmaz e-maillərin poçt qutunuzu doldurmasının qarşısını alır.

Password Manager PREMIUM
Şifrələrinizi qoruyub formalaşdırmağınıza, anketləri avtomatik doldurmağınıza və çox güclü şifrələr yaratmağınıza kömək edir. Xatırlamalı olduğunuz tək şey əsas şifrənizdir. Bundan başqa, hər veb saytdan çıxış edə bilər və axtarış keçmişinizi distant olaraq təhlükəsiz saxlaya bilərsiniz. Təhlükəsizlik hesabatı ilə hesabınızın təhlükəsizliyi haqqında məlumat sahibi ola və şifrələriniz təhlükəəd olduğunda təhlükəsizlik bildirişləri ala bilərsiniz. iOS sifət tanıması inteqrasiya edilib və şifrələrinizin təhlükəsizliyini daha da artırmaq üçün Google Authenticator ilə iki faktorlu autentifikasiya (2FA) daxil edilə bilər. Şifrə idarəçisini yüklə.